Ucar rayonunun Qəzyanlı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı olmasından şikayətlənirlər.
Söhbət Əziz Əliyev adına 2 saylı kənd tam orta məktəbindən gedir.
Bu məktəbdə 300-dən çox şagird təhsil alır. Məktəbin belə qəzalı vəziyyətdə olması isə burada təhsil alan şagirdlərin həyatı üçün təhlükə yaradır.
Kənd sakinlərinin sözlərinə görə, qışın şaxtalı günləri gələndə vəziyyət daha da acınacaqlı olur.
Təhsil ocağı kəndə qazın verilməsinə baxmayaraq, odun sobası ilə qızdırılır. Məktəbdəki partalar isə o qədər köhnədir ki, uşaqlar oturub-duranda paltarları cırılır.