Logo

Hacı Şahinin ölüm səbəbi BİLİNDİ

02.03.2023 08:54 4425 baxış
IMG

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, din xadiminin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə bölgəsində hərbi xidmət çəkib.

1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

Ərəb, fars və rus dillərini bilir.

Ailəlidir, dörd övladı var.

Xəbər lenti