Logo

Təcili yardım gələnə qədər Hacı Şahin vəfat edibmiş...

02.03.2023 10:04 1043 baxış
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.

"Tehsil.biz"in məlumatına görə, qurumdan bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb:

"Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".

Xəbər lenti