Logo

Azərbaycanlı tələbə ABŞ-də tam təqaüdlə doktoranturaya qəbul olub

02.03.2023 10:15 311 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Onun Ohayo Universiteti, Tuleyn Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində Kimya və biomolekulyar mühəndislik ixtisasında tam təqaüdlü doktorantura təhsili üçün müraciətinə müsbət cavab verilib.

Fəxrəddin təhsilini Urbana-Şampeyn İllinoys Universitetində (University of İllinois Urbana-Champaign) davam etdirmək niyyətindədir. BANM tələbəsinin bu universitetdən qazandığı illik təqaüdün məbləği 74,5 min ABŞ dolları təşkil edir.

Fəxrəddin Bakı Ali Neft Məktəbinə 690 balla daxil olub.

Xəbər lenti