Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəbin direktor müavini, 25 illik pedaqoji staja malik Qasımova Tahirə Yusif qızı həmin məktəbə direktor təyin edilib.
Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermiş, müəllimlər dərs saatlarının azaldılmasına görə şikayət məqsədi ilə dərsə girməmişdilər. 2 gün sonra isə direktor vəzifəsindən azad edilmişdi.