Logo

BŞTİ-yə fevral ayında 11 min 198 müraciət daxil olub

02.03.2023 10:55 371 baxış
IMG

Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 min 198 müraciət daxil olub.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzində (146-1 nömrəli) 6 min 741 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 min 388 nəfər müraciət edib.

Fevral ayında BŞTİ-yə 1 627 sənəd (vətəndaşlar tərəfindən 405 ərizə, Elm və Təhsil Nazirliyindən 244, digər qurumlardan 251, məktəblərdən 423 məktub və 304 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 442 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edib.

Xəbər lenti