Logo

Azərbaycanda müəllimlərin bu görüntüləri müzakirələrə səbəb oldu - AÇIQLAMA+VİDEO

02.03.2023 12:14 13088 baxış
IMG

Azərbaycanda məktəblərin birindən yayılan görüntü müzakirələrə səbəb olub.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.

Yayılan görüntülərdə müəllimlərin məktəbin idman zalında çay içə-içə nərd oyunu oynadıqları əks olunur.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, sözügedən görüntülər Xarici Dillər Təmayüllü Gimnaziyada lenta alınıb. Məsələ ilə bağlı gimnaziyadan saytımıza bildirilidi ki, həmin video “İdman həftəsi” layihəsi çərçivəsində təşkil olunan yarışlar zamanı çəkilib. Videodakı müəllimlər də öz bacarıqlarına uyğun olaraq həmin yarışlarda nərd, şahmat, dama oyunu oynayıblar.

Həmin videonu təqdim edirik:

Xəbər lenti