Bakının 83 nömrəli məktəb-liseyində iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər.
Bu barədə "Tehsil.biz"ə 83 nömrəli məktəb-liseydən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 28-də baş verib:
"Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunub. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib".
Mərcanə Əsədova