Logo

DİM bu sınaq imtahanının nəticələrini elan edib

27.02.2021 12:50 1302 baxış
IMG

DİM-də 21 fevral 2021-ci il tarixində peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanı təşkil edilib. 

 

İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartı və cavab vərəqlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 50 nəfər iştirak edib.

 

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Xəbər lenti