Logo

UNEC-də magistrantlar üçün təlimlər keçirilir

27.02.2021 13:09 513 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq magistratura və doktorantura mərkəzinin təşkilatçılığı ilə magistrantlar üçün ödənişsiz olaraq SPSS (Sosial elmlər üçün statistik paket - Statistical Package for Social Seciences) təlimləri keçirilir.

 

UNEC-dən verilən məlumata görə, SPSS elmi-tədqiqat institutları, akademik təşkilatlar, tədqiqatçılar üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. Təlim bu sahədə peşəkar mütəxəssis, UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Şahin Əkbərov tərəfindən aparılır. İlk təlimdə yerli tələbələrlə yanaşı, əcnəbilər də iştirak edib.

 

“Zoom” platforması üzərindən təşkil olunan təlimin həftədə bir dəfə 2 saat olmaqla, ümumilikdə 15 saat tədris edilməsi nəzərdə tutulur. Təlimdə nəzərdə tutulan mövzular əsasında tələbələrə proqramla bağlı geniş məlumatlar verilir, iştirakçıların sualları cavablandırılır.

Xəbər lenti