Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında işçi qaydada görüş keçirilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı QS qlobal və regional reytinqlərində Azərbaycan ali təhsil müəssisələrinin göstəriciləri müzakirə olunub.
Qeyd edək ki, əməkdaşlığın əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması, akademik dairələrdə və işəgötürənlər arasında ali təhsil müəssisələrinin nüfuzunun yüksəldilməsidir.