Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət şahmat komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş XV Respublika Universiadasında uğur qazanıb.
Tehsil.biz xəbər verir ki, 14 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilmiş şahmat turnirində ilk üçlükdə BMU (II yer) ilə yanaşı, Azərbaycan Tibb Universiteti (I yer) və Azərbaycan Dövlət İqtisad Universiteti (III yer) qərarlaşıb.
Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə hər il keçirilən universiadanın məqsədi tələbələr arasında bədən tərbiyəsi və idmanın təşviqidir.