Logo

Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması layihəsi yekunlaşıb - FOTO

03.03.2023 10:26 412 baxış
IMG

“Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması” layihəsini uğurla başa vuran tələbə və məzunlarla görüş keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetindən (ADAU) "Tehsil.biz"ə bildirilib ki, görüş iştirakçılarına layihənin keçirilməsində məqsəd gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması, kənd təsərrüfatı təyinatlı ixtisasların tələbə və məzunlarının əmək bazarına uyğun hazırlanması və bu kimi bütün ümumi məsələlərin həllinə nail olmaqdan ibarət olduğu bildirilib.

Sonda layihəni uğurla başa vuran gənclər sertifikatlarla təltif olunub.

Qeyd edək ki, layihə iştirakçıları bir il ərzində ödənişsiz karyera məsləhəti ala biləcəklər.

Xəbər lenti