Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün qeydiyyat davam edir

04.03.2023 11:09 324 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə martın 18-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan vermək istəyən namizədlərin qeydiyyatı martın 14-ü saat 11:00-dək aparılacaq. İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı) ünvanında keçiriləcək. Bu günə olan məlumata görə, imtahan vermək üçün 40 (AB - 8, AC - 32) nəfər qeydiyyatdan keçib.

İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytından tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xəbər lenti