Qeyri-formal və informal təhsilin tanınması prosesi davam edir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, agentlik daha 6 yeni peşə ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.
Belə ki, dayə, dərzi, əməliyyatçı mühasib, bağban dekorator, bitkiçilik mütəxəssisi və heyvandarlıq mütəxəssisləri təhsil sənədi əldə edə bilərlər.
Digər ixtisaslar haqqında məlumatla linkdə tanış olmaq mümkündür.