Logo

UNEC-lə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq üzrə ilk görüş olub

04.03.2023 23:36 506 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər-inzibati, pedaqoji-tələbə heyətinin bir qrup üzvləri arasında Zoom platforması üzərindən görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşün təşkilatçısı "Tətbiqi riyaziyyat" Kafedrasının baş müəllimi Tahirə Kərimova giriş sözünü UNEC RİM "Tətbiqi iqtisadiyyat" kafedrasının müdiri dosent Sevinc Abbasovaya verib.

Sevinc Abbasova iştirakçıları salamlayaraq UNEC haqqında dolğun məlumat verib. O, tələbələrin müxtəlif mübadilə proqramlarında iştirak etmək, xaricdə karyera qurmaq və 3 dildə tədris almaq imkanları olduğunu qeyd edib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev görüş iştirakçılarını salamlayaraq, Mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, UNEC rəhbərliyinə, hörmətli rektor, professor Ədalət Muradova UNEC-i yüksək səviyyəli, dünyada tanınmış, Cənubi Qafqazda ən nüfuzlu ali təhsil müəssisəsi pilləsinə çatdırılmasına görə təşəkkürünü bildirib.

Həmçinin mərkəzin tələbələri peşələrinin sirlərini dərindən öyrəndikdən sonra əmək bazarına daxil olmaqla yanaşı, onların arasından ali təhsil müəssisələrinə müraciət edənlərin də olduğunu qeyd edib.

Görüşə xüsusi dəvət olunmuş Rəqəmsal Texnologiyalar və tətbiqi informatika kafedrasının dosenti Təranə xanım Əliyeva, Ekologiya bölməsinin rəhbəri dosent Mövlud Hüseynov, Materiallar mühəndisliyi bölməsinin rəhbəri Azər Məmmədov UNEC haqqında çox geniş məlumat verərək, tədris etdikləri yeni fənnlər və ixtisaslarının bir çox sahələrdə müsbət təsirini əsas faktor kimi və bununla yanaşı İnformasiya texnologiyalarınin süni intellektin və dünyada təhsillə bağlı yanaşmaların dəyişməsini dünyadakı bütün ölkələrə transformasiyasının mühüm reallıq olduğunu bildiriblər.

Mərkəzin direktor müavini Reyhan Məmmədova kollektivin müxtəlif əməkdaşlıq sazişləri, tələbə və müəllim heyətinin uğurları haqqında danışıb.

Görüşdə Mərkəzin tələbələri suallar ünvanlayıb, universitet müəllimlərindən dolğun cavablar əldə ediblər.

UNEC RİM rəhbərliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərinə və müəllim tələbə heyətinə  təşəkkürlərini bildirib, daha böyük uğurlar arzulayıb.

Xəbər lenti