Logo

Genetik xəstəliklər barədə seminar keçirilib - FOTO

06.03.2023 08:57 388 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I və  II Mamalıq-ginekologiya kafedralarının dəstəyi ilə seminar keçirilib.

ATU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda TCK-nın laboratoriya müdiri Elxan Nağıyev, Türkiyənin İstinye Universitetinin genetika mütəxəssisi Afiq Axundov iştirak ediblər.

I Mamalıq-ginekologiya kafedrasının dosenti Natəvan Axundova ayrı-ayrı klinik hallar zamanı genetik xəstəliklərin araşdırılması, prenatal diaqnostika barədə geniş məlumat verib. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışda anamnezidə İxtiyoz, Peyerson və Şarkot-maritut xəstəliyi, qeyri-immun hidropsun genetik markerləri aşkar olan uşaq doğmuş, vərdişli düşükləri olan qadınların xəstəlik tarixləri təqdim olunub.

Bundan sonra konkret klinik hallar, xromosom və gen xəstəliklərində müayinə alqoritmi müzakirə edilib.

Xəbər lenti