Logo

"Xocalını unutmadıq, unutdurmarıq!" - BDU tələbəsi yazır...

28.02.2021 11:58 803 baxış
IMG

O soyuq Fevral gecəsi... Hər kəsin öz isti evində oturub ailəsi ilə firavan həyat sürdüyü bir gecədə hər şey bir anda məhv oldu. Yatanlar oyandı, deyib-gülənlər ağladı, isti evində yorğanına bürünüb yatanlar bumbuz qarın altında bürünüb qaldı. Bəli, bəli. Bu o idi, bu dünyanın ən kütləvi soyqırımılarından biri olan “Xocalı faciəsi” idi. Xalqımız çox heyif ki, bu zaman çox çarəsiz qalmışdı. Bəlkə də, həmin gün düşmənə sinə gələ bilərdik, amma hardan biləydik ki, mənfur erməni cəlladları bizlərə bu şəkildə arxadan zərbə endirəcək. Bu onun nəticəsidir ki, həmin gün 613 nəfər dinc sakin, o cümlədən, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Axı hansı vicdana sığışdırılar ki, silahsız bir əhalini bu şəkildə qıralar? Əlbəttə ki, bütün bunları etmək üçün mənfur düşmən kimi amansız olmaq lazımdır. Bəlkə də yer üzərində ermənilər qədər amansız insanlar yoxdur. Hətta bunlara insan demək belə düzgün deyil. Sadəcə zərərverici, öz mənfəətini güdən, amansız məxluqlardırlar. Düşmən ağır silahlarla etdiyi yürüş zamanı məsum insanları heç düşünmürdülər. Bəs onlara bu cəsarəti kim verirdi? Bu vəhşiliyi törədəcək gücü kim verirdi? Əlbəttə ki, Sovet ordusu. 

 

Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər. Hərbi hissənin komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən, zirehli texnika ermənilərə təhvil verildi. 

 

Xalqımızın başına gələn bu dəhşətlər isə bütün dünya miqyasına məlumdur. Çünki bu vandalizm gizlədiləcək bir səviyyədə deyildi. 2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. Nəhayət xalqımız buna nail olur. Hazırda, ll Qarabağ müharibəsi zamanı göz bəbəyi Xocalımız alınıb və bizlərə geri qaytarılıb. Eşq olsun bizim xalqımıza ki, xalqımızın qanı yerdə qalmadı, canları bahasına da olsa düşməni susdurdu. Amma bu qələbəmizə baxmayaraq, hələ dünyanın çox yerləri bu vandalizminin şahidi olacaq. Çünki biz bu olanları nə unutduq, nə unuduruq, nə də ki, unutduracağıq. Qoy bütün dünya bu vəhşiliyin şahidi olsun. 

 

Son olaraq isə, Xocalı mərhumlarının ailəsinə, "Yurdumuz Xocalı geri qaytarıldı, gözünüz aydın olsun.İtirdiyiniz yaxınlarınızın gözü yollarda qalmayacaq. Nur içərisində yatsınlar!” demək istəyirəm. Biz güclü dövlətin güclü xalqıyıq. Qana qan, cana can ədaləti bərpa etməyi bacarırıq! 
 

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin l kurs tələbəsi Səkinə Babayeva

Xəbər lenti