Logo

Azərbaycanda müəllim dərsə gecikən şagirdə yer sildirib? - AÇIQLAMA

06.03.2023 11:00 1371 baxış
IMG

Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə məktəbin dəhlizini sildiriblər.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, şagirdə qarşı bu davranışı məktəbin müəllimi Cəmilə Quliyeva nümayiş etdirib, məktəbliyə növbəti dəfə dərsə kecikdiyi təqdirdə ona ayaqyolunu sildirəcəyini deyib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, yayılan məlumatlar haqda araşdırma aparılır.

"Hadisədən məlumatlıyıq. Araşdırma aparılır, nəticəsi barədə ətraflı məlumat veriləcək", - deyə idarədən bildirilib.

Mərcanə Əsədova

Xəbər lenti