SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) çalışanların 63 %-i, yəni 144 nəfəri qadındır.
Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.
Ali məktəbin pedaqoji heyətində çalışan qadınların sayı 44 nəfər (63 %), İdarəetmə aparatında 48 nəfər (51 %), xidmət sahəsində 52 nəfərdir (83 %).
Ali Məktəbdə ümumi heyət üzrə qadınların orta yaş həddi 40-dır. İdarəetmə aparatı üzrə 41, xidmət sahəsi üzrə isə 47 yaşdır.