Bakı Avrasiya Universitetinin “Karyera və Təcrübə Mərkəzi”nin əməkdaşları Bakı Biznes Mərkəzində təşkil olunmuş Təhsil və Peşə Mərkəzlərinin 2-ci Tanıtım Sərgisinin açılış mərasimində iştirak ediblər.
BAAU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgi Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin, Dövlət Məşğulluq Agentliyinin, Peşə təhsili üzrə Dövlət Agentliyinin və digər özəl mərkəzlərin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə peşə təhsilinin cəmiyyətdə rolu və gənclər arasında bu istiqamətdə maarifləndirmənin genişləndirilməsinin vacibliyi vurğulanıb, sosialyönümlü layihələr vasitəsilə bu məlumatlandırmanın daha əlçatan olması diqqətə çatdırılıb.
Sərgi çərçivəsində rəsmi tərəfdaşlarla ziyarətçilərin yaxından ünsiyyətinə şərait yaradılmış, eləcə də, müxtəlif mövzularda maarifləndirici seminar və təlimlər keçirilib.