"Gənclik" Tələbə İdman Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Universiadası keçirilib.
Tehsil.biz xəbər verir ki, 1 martda şahmat və 3 martda keçirilən dama yarışlarında bütün ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) tələbə idmançıları da yarışlarda iştirak edib.