Logo

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manat cərimələnəcək

07.03.2023 12:25 363 baxış
IMG

Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.

"Tehsil.biz"in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xəbər lenti