Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir.
Bu barədə "Tehsil.biz"ə Dövlət Statıstika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.