8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Komitənin xanım əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə komitədən məlumat verilib.
Bildirilib ki, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı xanım əməkdaşları təbrik edib, onlara möhkəm cansağlığı, şəxsi həyatlarında və işlərində uğurlar arzulayıb.