Naxçıvan şəhərində baş verən avtomobil qəzasında universitet tələbəsi xəsarət alıb.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində yüksək sürətlə hərəkət edən iki avtomobil toqquşub. Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Babək rayon Şıxmahmud kənd sakini Xumar Məhərrəmova xəsarət alıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi olan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.