Logo

Niyə məhz Klara Setkin? - Əməkdar jurnalist yazır...

08.03.2023 15:32 445 baxış
IMG

“Keçmiş SSRİ-ə 8 mart beynəlxalq qadınlar bayramını ilk dəfə Aleksandıra Kollontay gətirib”. Bəs onda bu bayram SSRİ-də nə üçün Klara Setkinin adı ilə bağlıdır? 

Bəzi tədqiqatlardan belə aydın olur ki, “8 mart beynəlxalq qadınlar bayramı SSRİ məkanında ilk dəfə 1921-ci ildən qeyd edilib və bu bayramı SSRİ-ə Aleksandıra Kollontay gətirib”. Amma sovetlər bu bayramı yalnız Klara Setkinin adı ilə bağlayıblar. Maraqlıdır bayram niyə məhz Klara Setkinin adı ilə bağlıdır. Bəlkə ona görə ki, sovetlər Klara xanımı “Marksın şagirdi, Leninin iş yoldaşı, həqiqi internasyonalist, dünya əməkçi qadın hərəkatının rəhbəri, dünya inqilabının anası, bütün dünya işçi sinifinin Klarası” adlandırdıqları üçün? Uzun illər sovet dövrü mətbuatında, ədəbiyyatında “aydan ayrı, sudan duru” təbliğ edilən, şanına, şöhrətinə əsərlər vəsf edilən (əsasən də Azərbaycanda) Klara Setkin haqqında arxiv materialları və tədqiqat əsərləri tam əksini söyləyir.

Ona görə də bu məqalədə K.Setkinin kimliyi haqqında oxucuma obyektiv məlumat vermək istərdim. Amma əvvəlcə “SSRİ-də 8 mart beynəlxalq qadınlar bayramının ilk dəfə qeyd edilməsinə səbəb olan Aleksandıra Kollontay” haqqında  arxiv sənədlərindən və tədqiqat əsərlərindən əldə etdiklərimi bidirmək yerinə düşərdi.

A.Kollontay 1872-ci ildə Sankt-Peterburuqda zadəgan ailəsində anadan olub. İlk təhsilini evdə xüsusi müəllimlərdən alan Kollontay sonra Gimnaziyada təhsilini davam etdirib. O, rus, fransız, alman, ingilis, fin, isveç dillərinə mükəmməl yiyələnib. “1893-cü ildə Hərbi Mühəndis Akademiyasının məzunu olan Vladimir Kollontayla ailə qurub. Beş ildən sonra inqilabi baxışlarına görə ailəsindən ayrılıb”.

Aleksandıra Kollontay 1905-ci ildə İsveçrədə “İşçi qadınlara qarşılıqlı yardım cəmiyyəti”nin qurulmasında yaxından iştirak edir. O, 1906-cı ildə menşeviklərə qoşulur. Kollontay 1914-cü ildə İsveçdə müharibə əlehinə bir məqalə çap etdirir. Bu məqalə onun həbsinə səbəb olur. “Bir müddət sonra İsveç Kralı V Qustavinin şəxsi göstərişi ilə A.Kollontay azad edilir və ölkədən çıxarılır”. A.Kollontay Kopenhagenə gəlir.

Baxmayaraq ki, o V.İ.Leninlə 1905-ci ildən tanış idi, amma, siyasi fəaliyyətlərini birgə olaraq 1915-ci ildən aparırlar. A.Kollontay RSDFP-a da 1915-ci ildə üzv olur. Aleksandra xanım Leninlə nə qədər birgə fəaliyyət aparsa da onunla Klara Setkin qədər “dost”luq əlaqələri qura bilmir...

Xatirələrdən və tədqiqatlardan aydın olur ki, “Klara Setkin V.İ.Leninə bəzən ömür-gün yoldaşı N.Krupskayadan da yaxın olub. “İsti münasibətləri, “eşq məcaraları” onları daha çox bir-birinə yaxınlaşdırıb”. Ona görə də Klara Setkinin şöhrəti sovet dövründə Leninin “dostu”, “inqilab yoldaşı”, “silahdaşı” kimi göylərə qaldırıldı. Bəs Klara Setkin kim idi?

Klara Setkin 1857-ci ildə Almanyanın Sakson şəhərinin Videray kəndində müəllim ailəsində anadan olub (Bəziləri onun yəhudi, bəziləri isə alman əsilli olduğunu qeyd edirlər). Orada ilk ibtidai təhsil alan Klara sonra təhsilini Leypsq də pedaqoji qadın gimnaziyasında davam etdirib. O, burada oxuyarkən bir necə rus inqilabçısı ilə tanış olur. 19 yaşında seminariyanı qutarıb pedaqoji fəaliyyətə başlayan Klara daha çox siyasi işlərlə məşğul olur və müəllim işləyərkən Almaniya Sosial-Demokrat Partiyasına üzv olur.

Almaniya Kommunist Partiyasının banilərindən olan Klara 1878-90-cı illərdə Fransa da, Avstriya da və İtaliyada mühacir həyatı yaşadığı üçün gününün çoxunu partiya toplantılarında keçirir. Belə toplantılardan birində Klara “Odessadan olan siyasi mühacir Osip Setkinlə tanış olur və ona “vurulur”.

Bu zaman 1878-ci ildə Almaniyada hökumət sosialistlər əyehinə qanun qəbul edir. Qanundan sonra Almaniyada sosialistlərin kütləvi həbsi, sürgünü başlayır. 1880-cı ildə O.Setkini də Almaniyadan Fransaya sürgün edirlər. İki ildən sonra Klara Osipin arxasınca Fransaya gedir. Osip rəsmi nikaha icazə verməsə də onlar “evlənirlər” və iki oğul övladları dünyaya gəlir. Rəsmi nigahları olmasa da Klara ömrünün sonuna kimi Setkin soyadını daşıyır. Klara burada “Sosiyalist” qəzetində işə başlayır və K.Marksın qızı ilə tanış olur. Onlar birlikdə Fransada ilk dəfə sosialist qadınlar qrupunu yaradırlar. Maddi ehtiyac və sürgün həyatı Osipin səhətində problemlər yaradır və o vərəm xəstəliyindən vəfat edir.

32 yaşında dul qalan Klara 1890-cı ildə övladlarını da götürüb Almaniyaya qayıdır. O, burada həm sosial-demokrat qadınlar hərəkatına başçılıq edir, həm də Ştutqart şəhərində “Bərabərlik” adlı qəzet də işə başlayır. Klara qəzetin rəsm işləri ilə əlaqədar tez-tez Rəssamlıq Akademiyasına getməli olur. Klara burada 18 yaşlı gənc rəssam Georq Zundellə tanış olur və tezliklə onlar evlənirlər (Bu zaman Klaranın 36 yaşı var idi). Onların bu ailə həyatı 20 il davam edir. 20 ildən sonra qonşu qızına vurulan Georq Klaranı tərk edir, onlar ayrılırlar.

Yazılan tədqiqatlardan və xatirələrdən belə aydın olur ki, Klara qumar oyununda da çox mahir imiş və təsadüfən uduzarmış. “O, 1899-cu ilin 8 iyulunda Abakanda meyxanəsində qumar oynayır və böyük məbləğdə pul udur”.

...Sovet dövründə bütün dünyaya V.İ.Leninin silahdaşı kimi təqdim edilən Klara Leninlə ilk dəfə 1902-ci ildə tanış olur və “bütün ömrünü onun məfkurə və taqtiqasına” (əslində sevgisinə) həsr etdi (Amma bəzi tədqiqatlarda yazılır ki, Klaranın Leninlə ilk görüşü 1899-cu ildə olub).  

1910-cu ildə Klara Kopenhagendə ikinci sosialist qadınlar qurultayında çıxış edir və 8 mart gününün beynəlxalq qadın günü olmasını təklif edir və bu təklif qəbul edilir. 1915-ci ildə Klara inqilabi faliyyətinə görə həbs edilir. Təbiətən çox kobud və sərt olan (buna görə ona “Vəhşi Klara" ləqəbi vermişdilər) Klaranı həbs həyatı yenə də inadından döndərə bilmir. Həbsdən çıxdıqdan sonra da “inqilabı fəaliyyət”ini və Leninlə “dost”luğunu daha kəskin şəkildə davam etdirir. 

Almaniyada kommunist partiyası və ideyasına qadağa qoyulduqda Klara Setkin V.İ.Leninin təklifi ilə SSRİ-ə üz tutur. Böyük Oktyabr inqilabının qələbəsini şadyanalıqla qarşılayan Klara SSRİ-də ən böyük mükafatlara, Lenin və Qırmızı Əmək Bayraqı ordenlərinə layiq görülür. Almaniyada, Fransada “azad sevgi” həyatı yaşayan Klara Moskvada da bunu davam etdirir” və 1933-cü ildə vəfat edir.    

Bax buna görə keçmiş SSRİ-də 8 mart beynəlxalq qadınlar bayramı Klara Setkinin adı ilə bağlı idi. 

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti