Təhsil İnstitutu MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti vebinar 10 mart tarixində saat 16:00-da ibtidai sinif Azərbaycan bölməsi üzrə “Mətn üzrə işin təşkili” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.