Lənkəran rayonu Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbin oğlan şagirdləri məktəbdə çalışan xadimələri 8 Mart münasibətilə özünəməxsus tərzdə təbrik ediblər.
Tehsil.biz xəbər verir ki, bu barədə "Cənublu.az" səhifəsi məlumat paylaşıb.
Qeyd olunub ki, məktəbin könüllülər qrupunun oğlan üzvləri məktəbdə əsaslı təmizlik işləri apararaq xadimələrə istirahət bəxş ediblər.
Görüntülər sosial şəbəkə izləyiciləri tərəfindən xoş qarşılanıb.