Logo

BANM-in tələbələri Erasmus+ proqramı ilə xaricdə təhsil alacaqlar

08.03.2023 18:26 384 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (#BANM) rektoru Elmar Qasımov Erasmus+ proqramı çərçivəsində Avropaya və universitetlərarası razılaşmaya əsasən mübadilə proqramı çərçivəsində Türkiyədə təhsil almağa gedən tələbələrlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, həmin tələbələr orada bir semestr təhsil alacaqlar.

Erasmus+ proqramı çərçivəsində BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Sultanə Sultanova, Famil Həşimov və Çingiz Məmmədov Çex Respublikasının Qərbi Bohemia Universitetində təhsil alacaqlar.

Universitetlərarası razılaşmaya əsasən mübadilə proqramı çərçivəsində isə BANM-in #Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Fatimə Məmmədova və Zəhrəxanım Əliyeva Türkiyənin Orta Doğu Texniki Universitetində təhsillərini davam etdirəcəklər.

Tələbələrə uğurlar arzulayan rektor Elmar Qasımov bildirib ki, BANM-də tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb. Rektor burada gənclərin gələcəkdə karyera qurmaq imkanlarının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Tələbələrin xaricdə Azərbaycanın və Bakı Ali Neft Məktəbinin nümayəndəsi olduğunu bildirən rektor onlara ölkəmizi və Ali Məktəbi layiqincə təmsil etməyi tövsiyə edib.

Xəbər lenti