Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 819 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 818 456 nəfər müalicə olunaraq sağalıb, 10 138 nəfər vəfat edib, aktiv xəstə sayı 225 nəfərdir.
Ölkədə son sutka ərzində 1665, hazırkı dövrədək isə 7 536 288 test aparılıb.