"Gənc qızların əl bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsi çərçivəsində son fəaliyyət olaraq sərgi təşkil olunub.
Tehsil.biz xəbər verir ki, stendlərdə əsasən geyim dizaynları, dərzi sənəti üzrə tikiş elementləri, manikür, vizaj, muncuqdan hazırlanmış bəzək əşyaları, əvvəlcədən hazırlanmış saç düzümləri nümayiş olunub.
Qeyd edək ki, iki təliminin Gənclər Təşkilatlarının Resurs Mərkəzində layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçivəsində Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən keçirilib.