Logo

Əsgər İlqar Zayidov məktəblilərlə görüşüb

01.03.2021 09:45 518 baxış
IMG

Ağdam rayon 33 nömrəli tam orta məktəbin məzunu əsgər İlqar Zayidov məktəblilərlə görüşə gəlib.

 

Təhsil şöbəsindən bildiriblər ki, görüşdə şagird və müəllimlərə  Azərbaycan Ordusunun Zəfərindən söz açan İ.Zayidov keçdiyi döyüş yolundan danışıb, şagirdlərin suallarını cavablandırıb.

 

Qeyd edək ki, İlqar Zayidov “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” döyüşlərinə görə medalı ilə təltif edilib.

 

Sonda   məktəbin   məzunu   şagirdlərlə   xatirə   şəkli   də çəkdirib.

Xəbər lenti