Logo

AzMİU-nun əməkdaşı universitetdə vəfat edib

09.03.2023 12:39 438 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, A.Kosayeva bu gün səhər saatlarında işə gəlib və qəfil halı pisləşib.

Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.

A.Kosayeva 1975-ci ildən Kimya kafedrasında (indiki Fizika və Kimya) işləyib.

Xəbər lenti