Pekindəki Çin Milli Muzeyi Aydan gətirilən torpaq nümunələrini təqdim edib.
TASS xəbər verir ki, nümunələr ötən ilin dekabr ayında Çinin “Çanye-5” kosmik aparatı vasitəsilə əldə olunub. Aparat Aydakı Rümker zirvəsinə enərək orada qazıntı işləri aparıb.
Ümumilikdə, cihaz təxminən iki kiloqrama yaxın torpaq və qaya nümunələri toplayıb. Çin alimləri bu nümunələri öyrənmək və əldə olunan məlumatlardan gələcəkdə Yerin təbbi peykində tədqiqat bazasının yaradılmasına hazırlıq işləri zamanı istifadə etmək niyyətindədirlər.
Qeyd edək ki, səma cisminin torpaq nümunələri muzeydə xüsusi şəffaf qabda nümayiş olunur. Qabın içindəki torpağın çəkisi 100 qramdır.