Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə aprelin 26-27-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” adlı Beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, konfransın açılışı və plenar iclası “Gülüstan” sarayında, bölmə iclasları isə BDU-da olacaq.