Dövlət İmtahan Mərkəzində ilk dəfə rəqəmsal SAT imtahanı keçirilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.
Bildirilib ki, rəqəmsal SAT imtahanı 2023-cü il martın 11-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
Növbəti rəqəmsal SAT imtahanının 2023-cü il mayın 7-də keçirilməsi nəzərdə tutulur.