Logo

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

11.03.2023 16:38 367 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828906 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818548 nəfər müalicə olunaraq sağalıb, 10143 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

Ölkədə son sutka ərzində 1519, hazırkı dövrədək isə 7540198 test aparılıb.

Xəbər lenti