Martın 12-də tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən paralelepipedlə bağlı sualın yanlış olması ilə bağlı müraciət müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb.
Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır.
İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər.