Logo

Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək - VİDEO

13.03.2023 14:52 752 baxış
IMG

Martın 18-də saat 10:00-da Baku Marriott Hotel Boulevard hotelində (Xəqani Rüstəmov küçəsi, 4C) Beynəlxalq Təhsil Sərgisi keçiriləcək.

Beynəlxalq Təhsil Sərgisində dünyanın 14 ölkəsindən 50-dən çox xarici universitet, o cümlədən ABŞ, Böyük Britaniya, Avropanın 20 ölkəsi, Asiya və digər ölkələrin aparıcı xarici universitetləri, dil məktəbləri, təhsil agentlikləri və beynəlxalq təqaüd proqramlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir sərgi (yarmarka) formatında keçiriləcək. Açılış mərasimi açıq ərazidə və tribunasız keçiriləcək. Sərgidə Türkiyənin Medipol Universitenin Xarici tərəfdaşlarla iş mərkəzinin direktoru Abdullah Səlim və İtaliyanın Piza Universiteni Mərkəzi Asiyada əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi Torre Simona kimi fəxri qonaqlar iştirak edəcəklər.

Sərgidə bir çox beynəlxalq universitetlərin nümayəndələri də iştirak edərək öz təhsil proqramlarını təqdim edəcək və xaricdə təhsil imkanlarından danışacaqlar. "IEF 2023" çərçivəsində ziyarətçilərə xüsusi təhsil proqramları və təhsil şərtləri haqqında daha çox məlumat vermək üçün seminarlar və təqdimatlar keçiriləcək.

“Beynəlxalq Təhsil Sərgisi IEF 2023"ün bütün iştirakçı və qonaqlarını salamlamağa çox şadıq. Bu sərgi həm tələbələr, həm də valideynlər üçün xaricdə bir çox təhsil imkanları haqda öyrənmək və özləri üçün doğru universitet seçməyə əla fürsət yaradır”, - deyə “Univero.сс” təhsil portalının və “Bilim” təhsil xidmətləri mərkəzinin direktoru Koygeldiyeva Ayzadə qeyd edib.

"IEF 2023" COVID-19 pandemiyası ilə əlaqədar müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə uyğun olaraq keçiriləcək. Ziyarətçilərə sağlamlıq və təhlükəsizliyin qorunması üçün bütün lazımi şərait yaradılacaq. "IEF 2023" Beynəlxalq Təhsil Sərgisi təhsilini xaricdə davam etdirmək və təhsil proqramlarının bir çox növləri haqda öyrənmək istəyən tələbələr üçün, unikal imkandır.

Ziyarətçilər xaricdə təhsil məqsədlərini həyata keçirməyə kömək edə biləcək müxtəlif maliyyə imkanları, təqaüdlər və digər maliyyə dəstəyi variantları haqqında məlumat əldə edə biləcəklər.

Sərginin ziyarətçiləri Azərbaycan Respublikasının vətəndaşları üçün təqaüd proqramları və qrantlar haqda daha ətraflı məlumat ala bilərlər. Giriş pulsuzdur və tədbir xaricdə təhsillə maraqlanan məktəblilər, tələbələr, müəllim və valideynlər üçün nəzərdə tutulub.

Xəbər lenti