Logo

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

14.03.2023 09:15 368 baxış
IMG

Martın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmənin rəhbərləri, təhsil sektorunun müvafiq əməkdaşları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu və MTİS proqramının icra vəziyyəti, eyni zamanda təhsil müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyəti və bağça rəhbərlərinin fəaliyyəti ilə bağlı məsələlərdən danışıb.

Həmçinin görüşdə məktəbəqədər təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər, keçirilən monitorinqlərin nəticələrinin təhlili və qarşıda duran hədəflər və cari məsələlər müzakirə olunub, verilən müvafiq suallar cavablandırılıb.

Xəbər lenti