Logo

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib

14.03.2023 09:37 246 baxış
IMG

Martın 13-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, mərkəzi kitabxananın və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun birgə təşkilatçılığı ilə kitabxanada “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə İnqilab Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbinin Vl,Vlll,lX sinif şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə kitabxananın direktor əvəzi Zamin Məmmədov açaraq bildirib ki, Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə müstəsna xidmətləri olan dahi şəxsiyyətlərdən biri olmuşdur. Onun ölkə rəhbərliyinə gəlişi ilə vətəndaş müharibəsinin qarşısını alındı, sabitlik və əmin-amanlıq mühiti yarandı.

Sonra məktəbin tarix müəllimi Nuridə Qasımova mövzu ilə bağlı məruzə edib. Daha sonra kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.

Yekunda məktəblilər kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.

Xəbər lenti