Logo

Lerik məktəbində müəllim çatışmazlığı ilə bağlı araşdırma aparılacaq

14.03.2023 11:12 294 baxış
IMG

Lerik rayonunun Vov kənd ümumi orta məktəbində müəllim çatışmazlığı var.

"Tehsil.biz"in məlumatına görə, adıçəkilən məktəbdə musiqi, kimya, biologiya və fizika fənnini tədris edəcək müəllim olmadığına görə, həmin fənləri qeyri-ixtisas fənn müəllimləri tədris edirlər.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, ucqar kənd məktəblərində müəllim çatışmazlığının olması başadüşülən olmalıdır. İdarədən qeyd olunub ki, bu məsələ ilə bağlı narazılıqlar araşdırılacaq, ətraflı məlumat veriləcək.

Mərcanə Əsədova

Xəbər lenti