Logo

“Onu zaman seçmişdir” adlı “Breyn Rinq” intellektual bilik yarışı keçirilib - FOTO

14.03.2023 13:05 270 baxış
IMG

Martın 13-də Masallı Asan xidmət mərkəzində  Masallı rayonu üzrə ümumi təhsil müəssisələrinin və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin şagird və dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Onu zaman seçmişdir” adlı “Breyn Rinq” intellektual bilik yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, 6 komandanın iştirakı ilə gərgin mübarizə şəraitində davam edən yarışda Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin “Zəfər” komandası I, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin “Forte” komandası II, “Piano” komandası  isə III yerə layiq görülüb.

Yekunda qaliblərə təşkilatçılar tərəfindən Fəxri fərmanlar təqdim olunub.

Xəbər lenti