Logo

AQTA-nı tənqid edən universitet: “Kiberhücum olub”

14.03.2023 14:48 286 baxış
IMG

Lənkəran Dövlət Universiteti (LDU) bufetlərin bağlanması ilə bağlı paylaşımın kiberhücum nəticəsində səhifəyə yerləşdirildiyini bildirib.

Tehsil.biz xəbər verir ki, bu barədə LDU-nun feysbuk səhifəsində məlumat paylaşılıb.

“Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiberhücum nəticəsində yerləşdirilib və unversitetin rəsmi mövqeyini əks etdirmir.

Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

Xəbər lenti