Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Azərbaycan Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına aprelin 30-dək müraciət nəzərdə tutulub.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.