Logo

Yaz sessiyasında nə qədər tələbə təhsil krediti alıb?

15.03.2023 19:25 441 baxış
IMG

2022-2023-cü tədris ilinin yaz semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 1989 nəfərə TTK verilib.

Onlardan 693 nəfərin müraciəti sosial TTK, 1296 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti