Logo

"Azərbaycanın xilaskarı" mövzusunda tarix dərsi keçirilib - FOTO

16.03.2023 00:32 273 baxış
IMG

Martın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində "Heydər Əliyev ili" ilə əlaqədar "Azərbaycanın xilaskarı" mövzusunda tarix dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, tarix dərsində İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İlk olaraq Muzeyin direktoru Əntiqə Tağıyeva  Ulu Öndərin  həyat və fəaliyyəti, müasir Azərbaycanın inkişafı yolunda gördüyü əvəzsiz xidmətlərindən danışıb. Sonra Boradigah qəsəbə 2 saylı tam orta məktəbin tarix müəllimi Nuridə Qasımova mövzu ilə bağlı fikirlərini bildirib. Daha sonra məktəbin şagirdi Gülay Qasımova dahi şəxsiyyət Heydər Əliyev haqqında təqdimatı ilə çıxış edib
 
Yekunda iştirakçılar “Heydər Əliyev və mədəniyyət “adlı sərgilə tanış olub, muzeyə ekskursiya ediblər.

 

Xəbər lenti