Logo

ARTİ “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyasına qoşulub - FOTO

16.03.2023 09:48 81 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar start götürən “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyasına qoşulub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qeyd olunub ki, martın 15-də ARTİ-nin tabeliyində olan Metodik dəstək və peşəkar inkişaf mərkəzinin həyətində 150 ağac əkilib.

Ağacəkmə kampaniyasında ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavinləri Ülkər Babayeva, Aytən Zamanova, İlham Cavadov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva və ARTİ-nin digər əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.

Xəbər lenti