Logo

Riyaziyyatçı alim uğurlu elmi araşdırma aparıb

16.03.2023 10:45 230 baxış
IMG

Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri” adlı məqaləsində ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün kafi şərtlər tapılıb.

Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-0.853) Q3 yüksək impakt faktorlu jurnalda yer alıb.

Xəbər lenti